İQTİSADİYYAT

Rəsmi məzənnələrdə yenidən dəyişiklik oldu

Avro/manat məzənnəsi dəyişərək 1.9620 manata, rubl/manat məzənnəsi isə 0,0270 manata düşüb. Türk lirəsi isə 0,3745 manata qalxıb.
Sputnik

BAKI, 30 may — Sputnik. May ayının 30-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi, mayın 29-u ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub. Lakin avro/manat məzənnəsi dəyişərək 1.9620 manata, rubl/manat məzənnəsi isə 0,0270 manata düşüb. Türk lirəsi isə 0,3745 manata qalxıb.

Qeyd edək ki, mayın 29-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9770 manata, 1 Rubl  0,0273 manata, 1 Türk lirəsi isə 0,3709 manata bərabər idi.