CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN əməkdaşı, işsiz və Nəbatat bağının işçisi İTV uğrunda mübarizə aparır

İTV-nin baş direktoru vəzifəsinə 7 iddiaçı var
Sputnik

BAKI, 30 may — Sputnik. İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu (Gəncə regional fövqəladə hallar və mülki müdafiə şöbəsi, rəis müavini), Abbasov Səbuhi Mübariz oğlu (7news.az saytı, baş redaktor), Mehrəliyeva Şəfəq Akif qızı (ADA Universiteti, aparat rəhbəri), Mehtiyeva Rahilə İbrahim qızı (Elit informasiya agentliyi, MMC baş direktor), Xəlilova Qərənfil Əli qızı (Hal-hazırda işsizdir), Qarayev Sadıq Qurban oğlu (AMEA Mərkəzi Nəbatat Bağı, elmi işçi), Qasımov Balakişi Ələkbər oğlu (İctimai Televiziya və Radio Yayımları Şirkəti,baş direktorun müavini) sənədlərini təqdim edib.

"İctimai televiziya və radio yayımı haqqında"  Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.