BAKI, 30 may — Sputnik. Meksika prezidenti Enrike Penya Nyeto bəyan edib ki, onun ölkəsi ABŞ-la sərhəddə divarın tikintisinə pul ödəməyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə prezident öz "Twitter" səhifəsində yazıb.
"Prezident Tramp, YOX. Meksika heç vaxt divara görə pul ödəməyəcək. Nə indi, nə də heç vaxt. Hörmətlə Meksika." – deyə Meksika prezidenti yazıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp seçki qabağı təbliğat zamanı Meksikada cinayətkarlıq səviyyəsinin yüksək olduğunu, həmçinin qeyri-qanuni miqrantların məhz Meksika vasitəsilə Amerikaya gəldiklərini əsas gətirərək bu ölkə ilə sərhəddə divar çəkilməsini bəyan etmişdi. Prezident seçildikdən sonra Tramp, divarın tikintisi üçün Meksika hökumətini 5-10 milyard dollar ödəməyə məcbur edəcəyini vurğulayıb.