QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Fuad Axundov: “Ermənilər tərəfindən İrəvanın dağıdılması bu gün də davam edir”

Azərbaycan Prezident administrasiyasının sektor müdiri, politoloq Fuad Axundov deyir ki, bu dağıdılmaları memarlığın etnik təmizlənməsi adlandırmaq olar
Sputnik

Fuad Axundov: “Onlar istəyir ki, İrəvanda Azərbaycan tarixinin izi qalmasın”
“İrəvanın qədim şəkilləri Tiflisin Arxivlər muzeyindən tapılıb”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında beynəlxalq multimediya mərkəzində Azərbaycan Prezident administrasiyasının sektor müdiri, politoloq Fuad Axundov deyib.

“Bu şəkillər İrəvan qalasının 1901-1905-ci illərdəki vəziyyətini əks etdirir. Şəkillərdən görmək olur ki, İrəvanın dağıdılmasına o zamandan başlanılıb. Maraqlısı budur ki, bu şəkillər Çar II Nikolaya təqdim olunduqdan sonra o, İrəvan qalasının bərpa edilməsi haqqında qərar qəbul edib. Lakin birinci dünya müharibəsinin başlaması bu işlərin həyata keçirilməsinə imkan vermir. Sovet hakimiyyəti dövründə isə ermənilər Mikoyanın köməyi ilə bu dağıtma işlərini görüblər. 1918-ci il 29 mayda İrəvan ermənilərə verildikdən sonra onlar şəhəri dağıtmağa başladılar. Bu dağıtma işləri bu günə qədər davam edir. Bu dağıdılmaları memarlığın etnik təmizlənməsi adlandırmaq olar. Onlar istəyir ki, İrəvanda Azərbaycan mədəniyyətinin, tarixinin izi qalmasın” — deyə o bildirib.

Qeyd edək ki, Sputnik Azərbaycan beynəlxalq multimediya mərkəzində keçirilən tədbirdə ilk Rusiya fotoqraflarından olan şərqşünas D.Yermakov (1845-1916) tərəfindən çəkilmiş İrəvan qalasının nadir fotoları təqdim edilib, şəhərin milli-mədəni mənsubiyyətini sübüt edən materiallar nümayiş olunub.

Fuad Axundovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz