HADİSƏ

Təhlükəsizlik Komitəsi əməliyyat keçirdi – Prezidentin köməkçisi tutuldu

Əməliyyat-axtarış tədbiri prezidentin tapşırığı ilə həyata keçirilib
Sputnik

BAKI, 30 may — Sputnik. Belarusda ölkə prezidenti Aleksandr Lukaşenkonun köməkçisi – Qrodensk vilayəti üzrə inspektor Sergey Rovneyko həbs edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Belarus Dövlət Təhülkəsizlik Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, məmur 200 min dollar rüşvət aldığı vaxt saxlanılıb. Belarus Dövlət Təhülkəsizlik Komitəsi qeyd edir ki, əməliyyat-axtarış tədbiri prezidentin tapşırığı ilə həyata keçirilib.