CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış jurnalistə yeni vəzifə verildi

“BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edilib
Sputnik

BAKI, 30 may — Sputnik. “BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə jurnalist Qabil Babayev təyin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, O, bu vəzifədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri təyin edilən Mansur Piriyevi əvəzləyib.

Q.Babayev 1999-2005-ci illərdə müxtəlif qəzetlərdə müxbir, 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor, aparıcı, 2013-2016-cı illərdə “Yevlax Tv” MMC-də (hazırkı ARB Aran Media Şirkəti) baş direktorun informasiya məsələləri üzrə müavini, 2017-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi vəzifələrində çalışıb.

Peşəkar jurnalist Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.