1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü böyüklər üçün uşaqların qorunması istiqamətində yaxşı işlər görmək, bu barədə öz arzu və imkanlarını yüksək səslə ifadə etmək imkanıdır.
Bu bayram Azərbaycanda necə keçirilir, Azərbaycan uşaqlarının boş vaxtlarını səmərəli keçirmələri üçün hansı addımlar atılır və bu istiqamətdə imkanlar nədən ibarətdir? Bu barədə 1 iyun saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Günay" Uşaq teatr-studiyasının rəhbəri Larisa Tarusova danışacaq.
Qeyd edək ki, bu ərəfədə teatrın truppası Litvada keçirilən "Malenkaya melpomena" beynəlxalq teatr festivalından qayıdıb və həmin festivalda xüsusi diploma layiq görülüb. Tədbirdə bu festivaldan da bəhs ediləcək.
Əlaqə vasitələri:
Ünvan: "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.
Telefonlar: 404-13-84/85