Azərbaycan nümayəndə heyəti Düşənbədə beynəlxalq konfransa qatılacaq

Beynəlxalq konfransda ölkə və hökümət başçıları, xarici işlər nazirləri də daxil olmaqla dünyanın 100 ölkəsindən 1000-ə yaxın qonaq iştirak edəcək
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 may — Sputnik. Tacikistanın paytaxtı Düşənbədə 20-22 iyun tarixində "Davamlı İnkişaf üçün su — 2018-2028" mövzusunda beynəxalq konfrans keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev bildirib.

Səfir qeyd edib ki, beynəlxalq konfransda ölkə və hökümət başçıları, xarici işlər nazirləri də daxil olmaqla dünyanın 100 ölkəsindən 1000-ə yaxın qonaq iştirak edəcək: "Konfransın məqsədi davamlı inkişaf məqsədləri üçün su ilə bağlı dialoq və tədbirlərin inkişaf etdirilməsidir. Konfrans zamanı 2018-2028-ci illərdə qlobal, regional, ölkələr səviyyəsində görüləcək tədbirlər müzakirə ediləcək".

Soliyev vurğulayıb ki, Düşənbədə keçiriləcək tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.