Azərbaycanlılar bu Avropa ölkəsinə vizasız gedə biləcək

Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə biləcəklər
Sputnik

BAKI, 30 may — Sputnik. Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir.

Report xəbər verir ki, bu barədə məlumat Serbiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə biləcəklər.

Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç mayın 21-22-də Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.