HADİSƏ

Sürücülərə qarşı dələduzluq edən şəxs saxlanıldı

Röyal Axundov daha 6 nəfər sürücünü də aldadaraq pul və telefonunu mənimsəyib və eləcə də rayonda yaşayış evlərdən birindən qızıl-zinyət əşyaları oğurlayıb
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 29 may — Sputnik. Astara polisi mikroavtobus sürücülərinə qarşı dələduzluq edən şəxsi saxlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata əsasən, Astara RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində mikroavtobus sürücülərinin etibarından sui istifadə edərək sürücülərin pulunu və mobil telefonlarını mənimsəyən və bir evdən oğurluq edən Astara rayon sakini Röyal Axundovu saxlayıb. 

Saxlanılan şəxs

Məlumatda o da qeyd olunur ki, rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan M.İbrahimov adlı şəxs polisə müraciət edərək bildirib ki, 14 may tarixdə R.Axundov Bakı şəhərinə aparmaqdan ötrü müştəri tapmaq adı ilə onu aldadaraq 150 manat pulunu alıb. Daha bir sürücünü R.Axundov eyni formada aldadaraq 50 manat pul və “Samsung” markalı telefonunu alaraq mənimsəyib. Aparılan araşırmalardan sonra məlum olub ki, Röyal Axundov daha 6 nəfər sürücünü də aldadaraq pul və telefonunu mənimsəyib və eləcə də rayonda yaşayış evlərdən birindən qızıl-zinyət əşyaları oğurlayıb. Astara RPŞ əməkdaşları tərəfindən saxlanılan R.Axundov saxlanılarkən üzərinə baxış keçirilib və onun üzərindən şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.O da müəyyən edilib ki, Röyal Axundov narkotik vasitəni Astara sakinləri Ceyhun Baxşıyev və Tahir Əhədovdan əldə edib. Saxlanılan C.Baxşıyev və T.Əhədovun üzərlərinə baxış keçirilərkən şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində hər 3 şəxslə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.