RUSİYA

Milyarder başqa ölkənin vətəndaşlığını aldı

İsrail vətəndaşlığı Abramoviçə Böyük Britaniya da daxil olmaqla onlarla ölkəyə vizasız getməyə verir
Sputnik

BAKI, 29 may — Sputnik. Rusiyalı biznesmen Roman Abramoviç Təl-Əvivə gedərək İsrail pasportu əldə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Y-net" nəşri yazıb.

Milyarderin vətəndaşlıq aldıqdan sonra dərhal İsraili tərk etdiyi bildirilir. Rusiyalı biznesmen İsraildə cəmi bir neçə saat qalıb.

İsrail vətəndaşlığı Abramoviçə Böyük Britaniya da daxil olmaqla onlarla ölkəyə vizasız getməyə verir.

Rusiyalı milyarder İsraildə yüksək texnologiya şirkətlərinə investisiya edib, kommersiya mülkü var və xeyriyyəçiliklə məşğul olub.