Natiq Cəfərli: “Yeni əskinazın buraxılmasına zərurət yox idi”
“Yeni əskinazın buraxılmasına zərurət yox idi”. Bunu Sputnik Azərbaycan-a gələn aydan dövriyyəyə buraxılacaq 200 manatlıq əskinaslar haqqında danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspertin sözlərinə görə, 200 manatlıq əskinasların dövriyyəyə buraxılması manat kütləsinin artmasına səbəb olacaq:
“Yeganə zərurəti onda görmək olar ki, büdcə xərcləmələrinin artması gözlənilir. Bu da nəğd pul dövriyyəsinin artmasına səbəb olur. Yəni nəğd pula tələbatın artması ehtimalı var. Tək məntiqli izah kimi bunu göstərmək olar. İqtisadi qanunlara görə, belə əskinasların dövriyyəyə buraxılması manat kütləsini artırır. Bu da infilyasiya basqıları yaradır. Bu bir müddət sonra manatın məzənnəsinə də təsir göstərəcək. Bunun hansı forma və səviyyədə olacağını indidən söyləmək çətindir”. Qeyd edək ki, iyun ayından Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinas buraxılacaq.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz