CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni nazirdən gözlənilməz addım: Mühüm xidmətin rəisi işdən çıxarıldı

Azər Süleymanov tutduğu vəzifədən azad edilib
Sputnik

BAKI, 28 may — Sputnik. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi işdən çıxarılıb.

Sputnik Azərbaycan "Report" istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri İnam Kərimov sərəncam imzalayıb.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov, arxiv şəkli

Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.