“Biz 1991-ci ildə müstəqilliyimizi qazanmadıq, onu bərpa etdik. Yəni bizim dövlət yaratmaq üçün AXC kimi təcrübəmiz var idi. Ordunun, parlamentin yaranması, 1919-cu ildə ilk universitetin qurulması AXC-nin yüksək zirvəsi idi. 1991-ci ildə müstəqilliyimizi qazananda o təcrübədən yararlandıq. Biz bu təcrübədən beynəlxalq münasibətlərin qurulmasında, demokratik prinsiplərin tətbiqində, həmçinin iqtsadi məsələlərin həllində istifadə edirik. Bu təcrübə bizi irəli aparır. Hazırda bizim qarşımızda duran məsələ o tarixi dərindən, daha geniş arxiv materialları əsasında öyrənməkdir” — deyə o bildirib.
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.
Azad Rzayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz