Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində yaradılan ilk parlamentli Respublika idi. Azərbaycan Xalq Cümhuriyyətinin bünövrəsi 1918-ci il mayın 28-də Tiflisdə "İstiqlal bəyənnaməsi"nin qəbul edilməsi ilə qoyuldu. "İstiqlal bəyənnaməsi" Milli Şura tərəfindən 24 səslə qəbul edilmişdi.
1920-ci il aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələri ölkəmizə daxil oldu və AXC 23 aylıq mövcudiyyətdən sonra süqut etdi.
Qısa ömrünə baxmayaraq, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olub. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir.
Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradıb.