CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AXC-nin 100 illik yubileyinə həsr edilən konsert keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak edirlər
Sputnik

BAKI, 28 may — Sputnik. Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak edirlər.

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında olması üzərində qurulub.

Konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edirlər.