"Uçan su taksiləri" gəlir!

Uçan taksilərin istifadəsinə Paris meri Anna Hidalgo da dəstək verdiyini açıqlayıb
Sputnik

BAKI, 27 may — Sputnik. Parisdə Sena çayında qeyri-adi nəqliyyat vasitəsi – "uçan su taksisi" (Sea bubbles) sınaqdan keçirilib.

Sputnik AzərbaycanSeanews-a istinadən xəbər verir ki, ideyanın müəllifi həvəskar yaxtaçı Alain Teboltdur. O, layihənin üzərində 20 ildən çox işləyib.

İnvestorlar iddia edirlər ki, "Sea bubbles" səs çıxarmır, dalğa yaratmır və zəhərli maddələr buraxmır. Bu isə Fransa paytaxtında ətraf mühitin çirklənməsinin qarşısının alınmasına müsbət təsir edəcək.

Onu da qeyd edək ki, uçan taksilərin istifadəsinə Paris meri Anna Hidalgo da dəstək verdiyini açıqlayıb. O, hətta keçən il taksinin ilk testində iştirak edib.