SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Emmanuel Makron Azərbaycana gələcək

Bunu Fransanın xarici işlər naziri Jan İv Lö Drian bildirib
Sputnik

BAKI, 27 may — Sputnik. "Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub, bizim sıx əlaqələrimiz  var".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu bu gün  Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatla çıxışında bildirib.

Fransalı nazir deyib ki, bu ilin sonunda Fransa prezidenti Emmanuel Makronun  Azərbaycana səfəri gözlənilir: "Uzun müddət idi ki, Fransa XİN rəhbəri Azərbaycana gəlmirdi.  Bu gün bu bayram ərəfəsində bizim burda olmağımız siyasi hadisədir".