SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa xarici işlər naziri: "Status-kvo həll variantı deyil"

O, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli ilə bağlı öhdəliklərinin olduğunu bildirib
Sputnik

BAKI, 27 may — Sputnik. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında status-kvonun saxlanması problemin həll variantı deyil".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında Fransanın xarici işlər naziri Jan-İv Lö Drian deyib.

O, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli ilə bağlı öhdəliklərinin olduğunu bildirib: "Fransanın bu barədə böyük öhdəlikləri var. Biz də Azərbaycan kimi münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik".