BAKI, 27 may — Sputnik. Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, rayonun Ağalıkənd kəndində 2002-ci il təvəllüdlü yerli sakin Məmmədova Səkinə Nəsimi qızı özünü tövlədə asaraq intihar edib.
Məlumata görə, S.Məmmədova nişanlı olub.
Faktla bağlı araşdırma aparılır.