Xəstəni xərəkdən yerə yıxaraq öldürdülər – VİDEO

Təcili yardımın həkimləri qadını kardioloji şöbəyə çatdırıblar
Sputnik

BAKI, 26 may — Sputnik. Rusiyada 90 yaşlı təqaüdçü həkim ehtiyatsızlığından dünyasını dəyişib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sosial şəbəkələrdə həkimlərin qadını xərəkdən yerə saldığı videogörüntü yer alıb. Video kadrlarda görünür ki, həkimlər təqaüdçünü aşırıblar, onun başı yerə dəyib və ölüb.

Müəyyən edilib ki, qadın 1928-ci ildə anadan olub. Mayın 24-də onu ürək çatışmazlığı ilə xəstəxanaya aparıblar. Təcili yardımın həkimləri qadını kardioloji şöbəyə çatdırıblar. Amma burada onun halı pisləşib. Bundan sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib. Yaşlı qadını reanimasiya şöbəsinə aparan zaman xərək çevrilib və qadın asfaltın üzərinə düşüb. Qadın reanimasiyaya sağ çatdırılsa da, az sonra dünyasını dəyişib.

Hazırda hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır.