Uşaq qatilinə 50 il həbs cəzası verildi

O, qıza 16, oğlana isə 11 bıçaq zərbəsi endirib
Sputnik

BAKI, 26 may — Sputnik.  Körpə qatilinə 50 il azadlıqdan məhrumetmə cəzası verilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 6 yaşlı uşağın qətlində ittiham edilən evsiz kişi məhkəmə prosesi zamanı yatıb. 31 yaşlı Xyubert adlı qatil əvvəlcə hadisəni törətmədiyini bildirib və hakimə "üzümə bax, mən pis adam deyiləm" deyib.

Bakıda qanı su yerinə axıdan amansız qatil ortaya çıxdı

Ancaq hadisə yerində qatilin məhz olduğuna dair çoxsaylı sübutlar, o cümlədən qətlin bu şəxs tərəfindən həyata keçirildiyini sübut edən DNT nümunələri tapılıb.

İstintaq məlumatlarına görə, Xyubert liftdə bıçaqla iki uşağa hücum edib. Zərərçəkənlər 7 yaşlı Mikayla və 6 yaşlı Pi Cey olub. O, qıza 16, oğlana isə 11 bıçaq zərbəsi endirib. Uşaqlar xəstəxanaya çatdırılsa da, Mikaylanın həyatını xilas etmək mümkün olmayıb və o, ağ ciyərlərindən aldığı ağır zərbələrdən dünyasını dəyişib. Pi Cey isə ağır yaralandığına görə, 10 gün reanimasıyada qalmalı olub.

Qatil bundan əvvəl də adam öldürmək ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Onu anasını öldürməyə cəhddə ittiham edirlərmiş. Qohumları bildiriblər ki, kişi psixi pozuntudan əziyyət çəkir.

Məhkəmə hökmünü elan edəndən sonra qatil yuxudan ayılıb və anlaşılmaz sözlər söyləyib.