CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxıda qaynar mürəbbə körpənin üzərinə dağlıdı

Bakıya göndərilən körpənin vəziyyəti ağırdır
Sputnik

BAKI, 26 may — Sputnik. Şamaxı rayonunun Meysəri kəndində bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki,  yerli sakin evdə mürəbbə bişirərkən qaynar tas 2017-ci il təvəllüdlü oğlu Bayramov Rəvan Taryel oğlunun üzərinə aşıb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən körpəyə III dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra o, Bakıya göndərilib. Körpənin vəziyyəti ağırdır.