CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onu görənlərdən xahiş olunur ki...

Evdən çıxarkən üzərində mavi rəngli yay gödəkcəsi, qara rəngli cins şalvar, ayağında isə boz rəngli idman ayaqqabısı olub
Sputnik

BAKI, 26 may — Sputnik. Masallıda 16 yaşlı qızdan mayın 17-dən bəri xəbər yoxdur.

Sputnik Azərbaycan "Qafqazinfo"-ya istinadla xəbər verir ki, Masallı şəhər sakini, 2002-ci il təvəllüdlü Hüseynova Sara Xıdır qızı saat 14:00 radələrində ailə üzvlərindən xəbərsiz yaşadığı evi tərk edərək naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb. Sara Hüseynovanın əlamətləri bunlardır: Boyu 173 sm, gözləri və saçları qara rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən üzərində mavi rəngli yay gödəkcəsi, qara rəngli cins şalvar, ayağında isə boz rəngli idman ayaqqabısı olub.

Sara Hüseynova

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.