Qatillər bir gündə 63 nəfər öldürüblər

Quanaxuatu ştatına nəzarətə görə bir neçə narkokartel mübarizə aparır
Sputnik

BAKI, 26 may — Sputnik. Meksika ştatlarının birində 63 nəfər insan öldürülüb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ötən gün Salamanka şəhərində 11 meyit tapılıb. Onların səkkiz nəfərinin cəsədi hissələrə bölünmüş və qara plastik paketlərə yığılmış halda aşkarlanıb.

Bundan başqa, Selaya şəhərində obyekt sahibi də daxil olmaqla, restoranda nahar zamanı beş nəfər güllələnib. Daha dörd nəfər isə İrapuato şəhərində güllələnərək qətlə yetirilib.

Ştatın müxtəlif şəhərlərində də silsilə qətllər həyata keçirilib. Qətl hadisələri zamanı qatillər qurbanlarının yanında rəqiblərinə hədə dolu ismarıc qoyublar.

Quanaxuatu ştatına nəzarətə görə bir neçə narkokartel mübarizə aparır.