BAKI, 26 may — Sputnik. Azərbaycanda ər arvadının üzünü turşu ilə ("kislota") yandırıb.
Sputnik AzərbaycanYenicag.az-a istinadla xəbər verir ki, Bakıda kişi arvadının üstünə "kislota" töküb. Vəziyyətinin ağır olduğunu görən qadının yaxınları təcili tibbi yardıma zəng vurublar. Hadisə şahidləri sosial mediada qadının təcili tibbi yardımla xəstəxanaya aparıldığı anın videosunu çəkərək yayıblar. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin versiyaya görə, olay qısqanclıq zəminində baş verib.
Hadisəylə bağlı araşdırma aparılır.