İQTİSADİYYAT

Dollar satışı kəskin artıb, səbəb nədir?

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 65,2% çox dollar satılıb
Sputnik

BAKI, 26 may — Sputnik. Cari  ilin birinci rübündə Mərkəzi Bank (AMB) tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun 23 valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, AMB-nin 2018-ciilin yanvar-mart ayları üzrə pul siyasəti icmalında qeyd olunur ki, hesabat dövründə Mərkəzi Bank tərəfindən ARDNF-in xarici valyuta satışları 1 mlrd. 310,2 mln. ABŞ dolları təşkil edib.

Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 65,2% çoxdur.