CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda faciə: 9 yaşlı uşağı maşın vurub öldürdü

2009-cu il təvəllüdlü Qurbanov Rəvan Sərxan oğlu hadisə yerindəcə keçinib
Sputnik

BAKI, 26 may — Sputnik. Bakıda sürücü 9 yaşlı uşağı vurub öldürüb.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə mayın 25-də saat 19:30 radələrində paytaxtın Salyan yolu küçəsində baş verib.

Qaradağ rayon sakini, 1988-ci il təvəllüdlü İsmayılov Natiq Ramiz oğlu idarə etdiyi 99 FE 592 nömrəli “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Qurbanov Rəvan Sərxan oğlunu vurub. 9 yaşlı R.Qurbanov hadisə yerindəcə keçinib.