BAKI, 25 may — Sputnik. Şimali Koreyanın lideri Kim Çen In ilə iyunun 12-də görüşə bilərik.
Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
"Nələr olacağını görəcəksiniz. Hazırda onu müzakirə edirik. Görüşü reallaşdırmaq istəyirik. Bu iyunun 12-də də ola bilər" – deyə o qeyd edib.
Xatırladaq ki, D.Tramp cəmi bir gün əvvəl – mayın 24-də Şimali Koreya lideri Kim Çen Inla görüşü təxirə saldığını bildirərək, bütün dünyanı şoka salmışdı.