Oqtay Əsədov Gürcüstan xalqını təbrikə gedir

Səfər çərçivəsində parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir
Sputnik

BAKI, 25 may — Sputnik. Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Tbilisi şəhərində səfərdə olacaq.

Əflatun Amaşov: “AXC itirilmiş dövlətçiliyimizi bizə qaytardı”

Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirin açılış mərasiminə Gürcüstanın prezidenti, baş naziri, parlamentin sədri, yubileyə dəvət olunmuş dövlət və hökumət başçıları qatılacaqlar.

Gürcüstan parlamentində keçiriləcək "İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya" mövzusunda "dəyirmi masa"da Milli Məclisin sədri Oqtay Əsədov çıxış edəcək. Səfər çərçivəsində parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.