CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Musiqi məbədimizin əsasının qoyulduğu gün

1936-cı ildə respublikanın musiqi qurumları Azərbaycan Dövlət Filarmoniyasında birləşdirildi
Sputnik

BAKI, 25 may — Sputnik. 1936-cı il mayın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. 

Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə "İctimai toplantılar üçün yay binası" olaraq inşa edilmişdi və burada müxtəlif musiqi məclisləri keçirilirdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri də burada çıxış edirdilər. 

1936-cı ildə respublikanın musiqi qurumları Azərbaycan Dövlət Filarmoniyasında birləşdirildi. 

Hazırda Filarmoniyada 7 kollektiv (Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası, Q.Qarayev adına Dövlət Kamera Orkestri, Dövlət Fortepiano Triosu, Dövlət Simli Kvarteti, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı və bu kollektivin nəzdində yaradılan Dövlət Xalq Çalğı Alətləri Orkestri) fəaliyyət göstərir.