SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Krallar və imperator məktub göndərdilər

Yaponiya imperatoru, İspaniya və Mərakeş kralları məktub göndəriblər
Sputnik

BAKI, 25 may — Sputnik. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, Yaponiya imperatoru Akihito Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib: “Zati-aliləri. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edən Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Zati-alinizə xoşbəxtlik və Azərbaycan xalqına rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram”.

Niderland mətbuatında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalə çıxdı

İspaniya kralı VI Felipe də İlham Əliyevi təbrik edib: "Cənab Prezident. Sizi bu il xüsusi əhəmiyyət kəsb edən və Azərbaycanın milli bayramı olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həm öz adımdan, həm də İspaniya hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Cənab Prezident, Sizə şəxsi rifah, əziz Azərbaycan xalqına isə sülh və firavanlıq diləyərək ən xoş arzularımı çatdırıram.

Sizə dərin hörmət və ehtiramımı izhar edirəm".

Daha bir təbrik məktubu Mərakeş kralı VI Məhəmməddən gəlib: “Cənab Prezident. Milli bayramınız — Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə tərəqqi və firavanlıq arzu edirəm.

Fürsətdən istifadə edərək, xalqlarımız arasında möhkəm qardaşlıq bağlarına, eləcə də ölkələrimizin sıx əməkdaşlığına böyük dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm.

Mən xalqlarımızın ortaq maraqlarına xidmət etmək, münasibətlərimizi möhkəmləndirmək, əlaqələrimizi daha da gücləndirmək üçün Sizinlə işlərimizin davamını səbirsizliklə gözləyirəm”.