BAKI, 25 may — Sputnik. iPhone telefonunuz varsa və onun bir müddət sonra zəif işlədiyini düşünürsünüzsə, o zaman bu xəbəri oxumanız lazımdır. Mütəxəssislər iPhone-un sürətləndirmə yollarını izah ediblər.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun üçün telefonu 2-3 gündən bir söndürün və bir neçə dəqiqə sonra yandırın. Yüzlərlə şəkillərinizi telefonun yaddaşında saxlamayın. Bunun üçün iCloud var. Telefonda çox sayda şəkilin olması onun işini zəiflədə bilər.
Yükləyib, amma istifadə etmədiyiniz proqramları telefondan silin. Bir neçə aydan bir Ayarlara daxil olun, Safari-ni seçin və onun daxilində olan keçmişi sil düyməsini basın. Bu zaman telefonda olan lazımsız materiallar silinəcək.
Uzun müddət telefonda mesaj saxlamayın. Onlar iPhone üçün əlavə yükdür. Avtomatik yükləmə funksiyasını bağlayın. Əks halda xəbəriniz olmadan telefonunuza lazımsız proqramlarla yüklənə bilər.
İşlətmədiyiniz proqramları bağlayın ki, aktiv olmasınlar. İstifadə etmədiyiniz zaman WİFİ-ni bağlayın. Əks halda telefon internet axtarışından olacaq, bu da telefonun sürətli istifadəsinə maneə olacaq.