CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstanda azərbaycanlı tələbənin meyiti tapılıb - FOTO

T.İsgəndərzadənin paytaxt Tbilisidə özünü Kür çayına ataraq intihar etdiyi ehtimal olunur
Sputnik

BAKI, 25 may — Sputnik. Kür çayının Rustavi şəhərindən keçən hissəsində azərbaycanlı tələbənin meyiti tapılıb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Hadisə iki gün bundan əvvəl baş verib.

"Bizə Tbilisi Humanitar Universitetinin II kurs tələbəsi Tağı İsgəndərzadənin suda boğularaq ölməsi barədə məlumat daxil olub. Artıq meyiti ekspertizadan keçirilib və yaxın günlərdə ailəsinə təhvil verilməsi üçün Azərbaycana göndəriləcək".

Tağı İsgəndərzadə

T.İsgəndərzadənin paytaxt Tbilisidə özünü Kür çayına ataraq intihar etdiyi ehtimal olunur.