CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı gəncdən iyrənc əməl: Yaşlı qadını təpiklədi

Döydükdən sonra pul kisəsini götürərək qaçıb
Sputnik

BAKI, 25 may — Sputnik. Azərbaycan vətəndaşı Ukraynada yaşlı qadını döyərək, onun pullarını oğurlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, orta yaşlı kişi yolda qadına yaxınlaşaraq onu təpikləyib. Döydükdən sonra pul kisəsini götürərək qaçıb. Oğrunun 29 yaşlı azərbaycanlı olduğu müəyyən edilib.

Xarkov vilayətinin hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, onun haqqında "oğurluq" maddəsi ilə cinayət işi açılıb.