İQTİSADİYYAT

Azərbaycanda vergi yükü azaldılır - Şad xəbər

Əməkhaqqına vahid vergi yükü tətbiq ediləcək
Sputnik

BAKI, 25 may — Sputnik. "Hazırda bütün vergi ödəyiciləri və sahibkarlar üçün mühüm olan bir mövzu müzakirə edilir. Bu, Prezident İlham Əliyevin tapşırığına əsasən vergi yükünün azaldılmasına yönəldilən və işçilərin əməkhaqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır".

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, islahat əməkhaqqına tətbiq olunan vahid vergi yükü müəyyənləşdirilməsini nəzərdə tutur.

"İndi müzakirə olunan vahid vergi yükünün həcmləri hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, yəni aşağıdır. İnanırıq ki, belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əməkhaqların real şəkildə əks etdirilməsinə xidmət etməli, bu işə öz töhfəsini verməlidir", — deyə M.Cabbarov vurğulayıb.