Əflatun Amaşov: “Müsəlman şərqində ilk demokratik respublikanı yaratmaqdan fərəh duyuruq”
“Azərbaycan xalqı müsəlman şərqində ilk demokratik respublikanı yaratdığı üçün qürur duyuruq”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabının təqdimat mərasimində çıxış edərkən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
“AXC itirilmiş dövlətçiliyimizi bizə qaytardı. O, xalqımızın inkişafında yeni mərhələnin əsasını qoydu. Bu dövlət birdən-birə meydana gəlmədi. AXC-nin ideoloji əsaslarını hazırlayan, Azərbaycan xalqının azadlığını düşünən ziyalılarımız bu cümhuriyyəti yaratdı. Bu kitab da həmin ziyalıların tanıdılması, düşüncələri ilə tanışlıq baxımından qiymətlidir”.
“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabının müəllifləri Bəxtiyar Qaraca və Akif Aşırlıdır. Yeni nəşr filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzeti və “Kaspi Təhsil Mərkəzi”nin təsisçisi Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun ön sözü ilə işıq üzü görüb.
Əflatun Amaşovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz