RUSİYA

Putin sorğu-sual ediləcək

"Birbaşa xətt" iyunun 14-nə qədər baş tutacaq
Sputnik

BAKI, 24 may — Sputnik. Rusiya prezidenti Vladimir Putinlə "Прямая линия" ("Birbaşa xətt") iyunun 14-nə qədər keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "NTV" telekanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya prezidenti Vladimir Putinin "Birbaşa xətt"i dünya çempionatının başlamasına qədər baş tutacaq", — deyə Peskov vurğulayıb.

Xatırladaq ki, 2018-ci il dünya çempionatı bu il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Sonuncu "Birbaşa xətt" 15 iyun 2017-ci ildə baş tutub və təxminən 4 saat davam edib. Bu müddət ərzində Rusiya prezidenti 70-dən çox suala cavab verib.