BAKI, 24 may — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar mühəndis”
Qasımov Şahbaz Məmmədhəsən oğlu
Vəliyev Şahmar Rüstəm oğlu
Yaqubov Nəriman İbrahim oğlu
“Əməkdar jurnalist”
Əliyev Abbas Murad oğlu.