HADİSƏ

Bakı metrosunda yenə qorxu yaşandı

Badisə bu gün səhər saatlarında "Koroğlu" metrostansiyasında qeydə alınıb
Sputnik

BAKI, 24 may — Sputnik. Bu gün Bakı Metropolitenində daha bir nəfər intihara cəhd edib. Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, hadisə bu gün səhər 09:25 radələrində "Koroğlu" metrostansiyasında qeydə alınıb. "Həzi Aslanov" metrostansiyasından "İçərişəhər"ə gedən qatar "Koroğlu" metrostansiyasına daxil olanda bir gənc özünü qatarın altına atıb.

"Bununla bağlı maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir. İntihara cəhd edən şəxs polisə təhvil verilib. Polis hazırda fatı araşdırır" — deyə Nəsimi Paşayev bildirib.