Mətbuat mərkəzi

"7 gözəl - Wedding and fashion show" yeni sezonu təqdim olundu

"Pi Group" Production iyunun 9-da "Elite Events Hall"da möhtəşəm mükafatlandırma, sərgi, şou və moda gecəsinə hazırlaşır.
Sputnik

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "7 gözəl — Wedding and fashion show"-nun layihəsi təqdim olundu. Layihənin direktoru İsmayıl Qasımov, ideya müəllifi Pərvanə Məmmədova və başqaları iştirakçıları və qonaqları gözləyənlər barəsində danışdılar.

"Elite Events Hall"da keçiriləcək "7 gözəl — Wedding and fashion show"da 2018-ci ildə dəbdə olacaq gəlinlik və ziyafət geyimlərinin, makiyaj və saç düzümlərinin nümayişi, retro və lüks avtomobillərin şousu, rəqs qruplarının və müğənnilərin çıxışı, məhşurların mükafatlandırılması baş tutacaq.