Daha bir terror oldu, xeyli ölən var

Hadisə zamanı yaralananlar xəstəxanalara aparılıb
Sputnik

BAKI, 24 may — Sputnik. Bağdadın şimalında intihar ilə yekunlaşan terror baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bağdadın şimalında yerləşən eş-Şule bölgəsində yerləşən parkda terror hadisəsi olub. Terror zamanı 8 nəfər ölüb, 11 nəfər yaralanıb.

Hadisə zamanı yaralananlar xəstəxanalara aparılıb.

İraq polisi olayla bağlı araşdırmaya başlayıb.