ELM

Fikir ayrılıqlarına səbəb olan dəyişiklik müzakirəyə çıxarılır

Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar
Sputnik

BAKI, 24 may — Sputnik. Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. Beləliklə, beynəlxalq fənn olimpiadalarının qaliblərinə ixtisas seçimi zamanı qoyulan məhdudiyyət aradan qaldırılır.

Yeni nazirin təklifi narazılıqlara yol açdı: Ciddi fəsadlar yaradacaq

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Təhsil haqqında" qanunun 26.5-ci maddəsinə dəyişiklik təklif olunur. Dəyişikliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

Mövcud 26.5-ci maddədə deyilir ki, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeyd edək ki, 26-cı maddə Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları adlanır.