MƏDƏNİYYƏT

Aygün Kazımova özünə uyğun gənc ifaçı tapdı

Mahnının sözləri və musiqisi Nicat Məlikova məxsusdur
Sputnik

BAKI, 24 may — Sputnik. Xalq artisti Aygün Kazımova gənc müğənni Rauf Əhmədovla bir yerdə ifa etdiyi “Yaraşdın mənə” musiqisinə çəkilmiş klipini təqdim edib.

Müğənninin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, mahnının sözləri və musiqisi Nicat Məlikova məxsusdur. Nicat Məlikov həm də klipin rejissoru kimi çıxış edib. Klipin musiqi və icraçı prodüseri Fərid İsmayılov, saund-prodüseri Ramin Vəlibəyov və İsmayıl Əsədovdur. Layihəyə texniki dəstəyi isə Cinealiance qrupu göstərib.

Kazımovanın obrazını məşhur stilist və dizayner Rüfət İsmayılov yaradıb, makiyaj Ruhaya məxsusdur. Raufun obrazı üzərində isə dizayner Cəlal Kəngərli və bərbər Qadir Əmir işləyib. Kazımova və Əhmədov “Dahi Qetsbi” filmindəki qəhrəmanların obrazında böyük gecədə çıxış edirlər.

Aygün Kazımova Azərbaycan pop musiqisi tarixində ən məşhur müğənnilərdən biridir. Onun karyerası “Bakı payızı — 88” musiqi festivalında qələbə başlayıb. Sonra Yurmala və “Asiya Dausı” müsabiqələrində iştirak edib. 1996-cı ildə İstanbulda Beynəlxalq müsabiqənin laureatı olub. Müğənni təkcə Azərbaycanda deyil, xaricdə də konsertlərlə çıxış edib.