Ankarada partlayış baş verib, ölən var

Ankaranın Elmadağ rayonunda yerləşən barıt fabrikində partlayış baş verib
Sputnik

BAKI, 24 may — Sputnik. Ankarada güclü partlayış baş verib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, paytaxt Ankaranın Elmadağ rayonunda yerləşən barıt fabrikində partlayış baş verib. İlkin məlumata görə, ən azı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Barıt fabriki Maşın Kimya Sənayesi Qurumuna məxsusdur.