CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhlükə gəlir: Dünyanın ən ölümcül viruslarından biri qayıtdı

Artıq 9 nəfərin ölümünə səbəb olub və 90 nəfər virusa yoluxub
Sputnik

BAKI, 23 may — Sputnik. Dünyanın ən ölümcül virusları arasında göstərilən nihap virusu Hindistanda yenidən meydana gəlib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə il əvvəl Malayziyada yayılan və "dünyanın ən qorxunc virusu" adını alan nihap bu günlərdə Hindistanda aşkar edilib. Virus artıq 9 nəfərin ölümünə səbəb olub və 90 nəfərin isə virusa tutularaq karantində saxlanıldığı məlum olub.

Qeyd edək ki, bu virus vaxtında müalicə edilməsə 40-75 faiz ölümə səbəb ola bilər. Hərarət, baş ağrısı, boğaz ağrısı kimi simptomları var və qripə bənzəyir. Beyin və ağ ciyərə təsir göstərir.

Bir çox hallarda yarasalar vasitəsilə yayılır, xurma meyvəsində aşkarlanır. Bəzi iddialara görə, hələ çarəsi tapılmayan Nipah süni surətdə yaradılmış bioloji silah ola bilər.