İQTİSADİYYAT

Türkiyədə dollar şoku

ABŞ valyutasının məzənnəsi 4.9253 lirəyə çataraq rekord vurub
Sputnik

BAKI, 23 may — Sputnik. Türkiyədə dolların məzənnəsi 4.9253 lirəyə çataraq rekord vurub. Sputnik Azərbaycan"Bloomberght"ə istinadla xəbər verir ki, ABŞ dolları digər valyutalar qarşısında yüksəlişini davam etdirir.

Digər tərəfdən, Türkiyədə siyasi qeyri-müəyyənlik və Mərkəzi Bankın faiz artımı gözləntiləri məzənnənin yüksəlişinə təsir edir. Türk lirəsi ilin əvvəlindən bəri dollar qarşısında 22.30 faiz ucuzlaşıb.