Sürücüləri məyus edəcək xəbər gəldi

Mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq
Sputnik

BAKI, 23 may — Sputnik. Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

AYDA yolları bağlaya-bağlaya gedir

O bildirib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırlması 24 may axşam saatlarınadək qüvvədə olacaq.

"Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik" — A.Nəcəfli vurğulayıb.