BAKI, 23 may — Sputnik. "Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist"ə münasibət bildirsin".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz "Facebook" səhifəsində paylaşım edib. Ssenari müəllifi Rüstəm İbrahimbəyov olan "Qafqaz triosu" filminə diqqət çəkən Ə. Həsənov, film haqqında yazdığı məqalədə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyinə görə kinorejissor Ayaz Salayevə dərin təşəkkürünü bildirib.