CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çoxuşaqlı ailələrlə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur

Millət vəkili çoxuşaqlı ailə məfhumunun beşdən üçə endirilməsini təklif edir
Sputnik

BAKI, 23 may — Sputnik. Azərbaycanda "çoxuşaqlı ailə" məfhumunun beşdən üçə endirilməsi təklif edilir. Sputnik Azərbaycan xəbər verir ki, bu təklifi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli irəli sürüb.

Milli Məclisdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər" mövzusunda keçirilən tədbirdə çıxış edən Hadi Rəcəbli bildirib ki, buna səbəb müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalmasıdır.